FHN Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb

Bu gün Abşreon rayonun Xırdalan qəsəbəsində soyuducu anbarda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi məlumat yayıb.

SİA-nın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, ümumi sahəsi 3500 kvadratmetr olan soyuducu anbarda baş verən yanğın nəticəsində yanar konstruksiyalar, təqribən 2000 kvadratmetr sahədə, habelə anbardakı soyuducu kameraları içərisindəki ərzaq məhsulları ilə birlikdə kül olub, anbarın metal konstruksiyadan ibarət dam örtüyü yüksək temperaturdan deformasiyaya uğrayıb. Yanğının qarşısı saat 11:33-də yanğınsöndürənlər tərəfindən alınıb. Anbarın qalan hissəsi və ona bitişik olan ofis binası mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə