DİN Bakıda baş verən qətllə bağlı məlumat yaydı

DİN Bakıda baş verən qətllə bağlı məlumat yaydı

Azərbaycan Daxili İşlər Nazirliyi dekabrın 2-də Bakının Nizami rayonu ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda Ramin Əsgərovun şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq Şirvan şəhər sakini Aytən Şahlarovanı qətlə yetirməsi, sonra isə özünü yaralaması qeyd olunub. R.Əsgərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd lüləsi və qundağı kəsilmiş \"TOZ-16\" markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, dünən yayılmış məlumatda A. Şahlarovanın R. Əsgərovun sevgilisi olduğu bildirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə