Vanda yenə çadır yandı: 1 ölü, 3 yaralı

Vanda yenə çadır yandı: 1 ölü, 3 yaralı

Türkiyənin Van bölgəsinə yaxın ərazi olan Karpuzalan kəndində çadırın yanması 1 uşağın ölümünə, 3 uşağın isə yaralanmasına səbəb olub. SİA-nın xəbərinə görə, hadisəyə səbəb Həmdi Yaralının zəlzələdən sonra evinin yaxınlığında quraşdırdığı çadırda kömürdən yaranmış qığılcım olub. Hadisə nəticəsində daha 6 uşaqlı ailənin yaşadığı çadır alov nəticəsində yanıb. Dərhal hadisə yerinə gələn Yanğından mühafizə xidməti və təcili tibbi yardım qrupları yaralılara yardım edib. Xatırladaq ki, daha əvvəl Karpuzalan kəndində çadırda yanğın noyabrın 18-də meydana gəlmişdi. Həmin hadisədə isə 3 uşaq həyatını itirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə