Dekabrın 1-i saat 21 radələrində Qala – Pirallahı yolunda Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi "Kamaz" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü T.Əliyev hadisə yerində dünyasını dəyişib, sərnişinləri- qızı Günel və Zərifə Novruzova 3 saylı Bakı Şəhər Xəstəxanasına daxil olublar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər bir yol qəzası həmin gün, saat 17 radələrində Ramana qəsəbəsində baş verib. Bakı şəhər sakini Ceyhun Fətəliyevin idarə etdiyi "Otoyol" markalı sərnişin avtobusu ilə Gədəbəy rayon sakini Turan Nəbiyevin idarə etdiyi "QAZ-3110" markalı avtomobil toqquşub. Nəticədə T.Nəbiyev hadisə yerində ölüb.
Dekabrın 1-i saat 23:30 radələrində isə Q.Qarayev prospektində Bakı şəhər sakini Mənsur Babayevin idarə etdiyi "VAZ-2107" markalı və Şabran rayon sakini Nuru Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü M.Babayev ölüb, sərnişinləri – həyat yoldaşı Elza Şirvan qızı və oğlu Elgün Klinik Tibbi Mərkəzdə yardım alaraq evə buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB