Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, paytaxtın Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərova küçəsinin kəsişməsində iki avtomobil toqquşub. Nəticədə avtomabillərdən biri yol kənarında dayanan piyadanı vurub. Piyada avtomobilin zərbəsindən 10 metr kənarda divara dəyib və nəticədə yerindəcə ölüb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB