Rayonun Lək kəndi ərazisində məskunlaşan Ağdam rayonunun yeni Qaralar kənd sakini Niyaməddin Rzayevin yaşadığı ev əşyaları ilə birlikdə yanaraq kül olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yanğın küləyin güclənməsi nəticəsində elektrik naqillərində baş verən qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Qonşuların köməyi ilə evdəki 2 azyaşlı uşağı xilas etmək mümkün olsa da anaları Təranə Rzayeva yüngül yanıq xəsarətləri alıb.Hadisə yerinə FHN Yanğından Mühafizə İdarəsinin Bərdə rayon bölməsinin əməkdaşları və 2 yanğınsöndürən maşın cəlb edilib və yanğının ətraf evlərə keçməsinin qarşısı alınıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB