Yaşlı ər-arvadın meyidi mənzildən tapıldı

Yaşlı ər-arvadın meyidi mənzildən tapıldı
Yaşlı ər-arvadın meyidi yaşadıqları mənzildən tapıldı. SİA-nın verdiyi məlumata görə hadisə Yasamal rayonu, H. Zərdabi küçəsi ev 17/51, mənzil 14-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 73 yaşlı İmran Vahabov və onun həyat yoldaşı, 1931-ci il təvəllüdlü Sabirə Vahabova dəm qazından boğularaq ölüblər. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə