Abşeron rayonu ərazisində Şamaxı sakini Zahid Əkbərovun idarə etdiyi "VAZ-21013", Hökməli sakini Hacıqulu Abbasova məxsus "VAZ-210742" və sabirabadlı Sakit Bağırovun sürdüyü "VAZ-21074" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə Z.Əkbərov hadisə yerində ölmüş, H.Abbasovun avtomobilində olan sərnişin Mahir Rəsulov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB