Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə noyabrın 28-da İnşaatçılar qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Mehdi İbrahimov su kanalına düşərək boğulub.


Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə