Mingəçevirdə qaz sızması nəticəsində partlayış baş verib

Mingəçevirdə qaz sızması nəticəsində partlayış baş verib

Mingəçevir şəhər Xətai küçəsi 12 mənzil 39-da beşmərtəbəli binanın beşinci mərtəbəsində gecə saat 03:00 radələrində dəhşətli partlayış baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ilkin ehtimallara görə qəza vanna otağında qeyri standartlara uyğun quraşdırılmış su qızdırıcısının partlaması nəticəsində baş verib. Anar adlı şəxsin ehtiyatsızlığı ucbatından kirayədə qaldığı 2 otaqlı ev tamailə partlayaraq əşyaları ilə birlikdə yararsız vəziyyətə düşüb. Qəza zamanı 2 qonşunun evinə də ziyan dəyib. Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bildiriblər ki, qəza zamanı bütün qonşular dərhal evukuasiya edilib, eyni zamanda hadisə zamanı evdə olan ailə xəsarət almayıb. Şəhər FHN komisiyası hadisə yerində olub və müvafiq tədbirlər görülür.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə