Toqonun ən titullu klubunun səkkiz futbolçusu yol qəzasında həlak olub. Daha 13 futbolçu, məşqçi və klub nümayəndəsi isə ağır xəsarət alıb. "Etual Filant" komandasının avtobusu aşıb. Yoldan çıxan avtobusda yanğın baş verib.
"Etual Filant" 1960-cı ilədək 12 dəfə ölkə çempiou olub. Lakin bu titullar FİFA tərəfindən tanınmayıb. Bundan sonra komanda daha yeddi dəfə Toqo çempionatının qalibi olub. Klubun sonuncu çempionluğu 1992-ci ilə təsadüf edib.
Qeyd edək ki, iqtisadi problemlər üzündə Toqo çempionatında iki illik fasilə yaranmışdı. Ölkə birinciliyini bir neçə ay əvvəl bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB