Bakının Nərimanov rayonu ərazisində partlamamış silah-sursat tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin faktla bağlı müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursatlara baxış keçirib. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd əl qumbarasıdır. Aşkarlanmış hərbi sursatlar müvafiq qaydada xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Daha sonra həmin ərazidə xilasedicilər axtarış işləri aparıblar. Axtarış nəticəsində şübhəli əşya aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB