Paytaxt ərazisində sərnişin avtobusu qəza törətdi. SİA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 12.30 radələrində Nərimanov rayonu Ə. Rəcəbli küçəsində qeydə alınıb. 55 saylı marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə gələn Təcilli Tibbi Yardım Stansiyasının həkimləri yaralılardan ikisini – Ədalət Qasımov və Əziz Əzizovu xəstəxanaya aparıblar. Digər yaralılar isə hadisə yerində tibbi yardım göstərilib. Hazırda yaralıların vəziyyətinin qənaətbəxş olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB