Yevlaxda qətl
Yevlax rayonunda qətl hadisəsi baş verib. Rayon sakini Natiq Mustafayev münaqişə zəmnində həmyerlisi Elman Musayevi bıçaqla qətlə yetirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməlliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mustafayev tutulub. Faktla bağlı CM-nın qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə