Gəncədə narkotik alverçisi həbs edildi

Gəncədə narkotik alverçisi həbs edildi
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Coşqun Nağıyev narkotik vasitələrin qanunsuz saxlanılması ilə əlaqədar olaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Coşqun Nağıyevin evindən 7 kiloqram 100 qram marixuana və onun toxumları aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə