Şimal bölgəsində  2 avtomobil qəzasında 3 nəfər öldü

Şimal bölgəsində  2 avtomobil qəzasında 3 nəfər öldü

Qəzalardan biri Bakı-Quba-Rusiya sərhədi yolunun 125-ci km-liyində Şabran rayon Sincanboyad ərazisində 20:30-radələrində baş verib. "Tofaş" markalı minik maşını "Mercedes" markalı yük maşını ilə toqquşub. Nəticədə "Tofaş"ın sürücüsü 50 yaşlı Abduləziz Həşimov və sərnişin 34 yaşlı Ramin Məstanov aldığları xəsarətdən elə hadisə yerindəcə dünyalarını dəyişiblər. BDYP-İdarəsi İstintaq və Təhqiqat Şöbəsindən verilən ilkin məlumata görə hadisə tofaş markalı avtomobilin hərəkət qaydası və yük maşınının qaşısına çıxması nəticəsində baş verib.

Daha bir qəza Quba rayonunun Qaraçay kəndi ərazisində baş verib. Quba istiqamətində hərəkət edən UAZ markalı yük maşını içində meşə odunu ilə yoldan çıxaraq yol kənarındakı qoz ağacına çırpılıb. Nəticədə sürücü Quba rayon Mirzəqışlaq kənd sakini Bilal Abasov hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə