Azərbaycanda üç gün əvvəl evlənən cütlük dəm qazından boğularaq ölüb. Daxili işlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi rayonunun Moskva prospekti 82, mənzil 33 ünvanında yaşayan 25 yaşlı İbrahim Dəyanət oğlu Şabanov və onun həyat yoldaşı, 18 yaşlı Şəhla İlqar qızı Hacıyeva dəm qazından boğularaq dünyasını dəyişiblər.
Qeyd edək ki, vəfat edən şəxslər 3 gün əvvəl ailə həyatı quran gənc ailə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB