Bakıda fəhlə faciəli şəkildə dünyasını dəyişib. Hadisə rayonun Həsən Əliyev küçəsi 1067 ünvanında yerləşən, "İlin dörd fəsli" MTK-nın inşa etdiyi çoxmərtəbəli binada baş verib.
Nəsimi Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, həmin binada fəhlə işləyən Elsevər Nəbi oğlu Hacıyev 18 mərtəbədən binanın şaxtasına düşüb. Nəticədə fəhlənin bədəni bir-neçə hissəyə parçalanıb.
Baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasında təhlükəsizlik qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB