Sabirabadda avtomobil qəzası: ölən və yaralanan var

Sabirabadda avtomobil qəzası: ölən və yaralanan var

Sabirabadın mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sabirabad Rayon Polis Şöbəsindən SİA-nın Aran bürosuna verilən məlumata görə, rayonun mərkəzində H.Əliyev prospektində dünən axşam saat 21:00 radələrində sürücü 1980-cı il təvəllüdlü Mehdiyev Vüsal Ataman oğlunun idarə etdiyi "Qazel" markalı 10 HV 576 nömrəli maşınla 1992-ci il təvəllüdlü Məmişov Süleyman Əli oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 UD 078 nömrəli maşın toqquşub. Nəticədə VAZ 2107 markalı avtomabilin sürücüsü Məmişov Süleyman və yanında olan sərnişin 1989-cu il təvəllüdlü Şahverənov Rauf İlqar oğlu aldıqları xəsarətdən dünyalarını dəyişiblər. Həmin avtomabildə olan digər sərnişinlər 1992-ci il təvəllüdlü İbrahimov Adil Faiq oğlu və həmyaşıdı Əmirov Cavidan Cavid oğlu, eyni zamanda "Qazel"də olan sərnişin Ağammədov Adil Hacıbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə