İsmayıllıda baş vermiş zəncirvari yol qəzası hadisəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. SİA-nın verdiyi xəbərə görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı yolunun 4-cü kilometrində Kürdmaşı kəndi ərazisində qeydə alınıb.
"VAZ 21011" ,"VAZ 2109" markalı minik maşınları və "Ural" markalı yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayonu Təzəkənd kənd sakini, 1968-ci il təvəllüdlü Rəsmiyyə Səfərova, 1982-ci il təvəllüdlü Xəyal Hüseynov və 1986-cı il təvəllüdlü Musa Qasımov ağır bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon xəstəxanasına çatdırılıb. "VAZ 21011"-in sürücüsü Musa Qasımov aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Ilahə Vəliyeva.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB