Sabirabad rayonunda bıcaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qaragüney kəndi ərazisində törədilib. Kənd sakini 31 yaşlı Ceyhun Vəliyev qardaşı arvadına pis gözlə baxan 27 yaşlı Səxavət Məmmədovu bıcaqlayıb.
Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan C.Vəliyev törətdiyi əməli etiraf edib. İstintaqa ifadə verən Vəliyev deyib ki, S.Məmmədov onun qardaşı arvadı Simuzərlə görüşürmüş. Əvvəlcə Şübhələrinin doğru olmadığını düşünən Ceyhun Səxavəti yenə də qardaşının həyətinin ətrafında dolanan görüb. Gecə saatlarında burda nə etdiyini soruşanda həmkəndlilər arasında mübahisə yaranıb. Nəticədə Ceyhun Vəliyev əlindəki bıçaqla Səxavət Məmmədova xəsarət yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB