Sumqayıt şəhəri ərazisindəki dəmirçi sexində partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisində dəmirçi sexlərinin birində şəhər sakinləri Bayram Feyzullayev və Mehman Hacıyev avtomaşında qaynaq işləri apararkən partlayış olub. Partlayış nəticəsində Bayram Feyzullayev və Mehman Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hazırda onların vəziyyəti qənaətbəxşdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB