Balakəndə toyda silahlı insident oldu

Balakəndə toyda silahlı insident oldu
Balakəndə toyda silahlı insident olub. Balakən rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun İtitala kəndində qeydə alınıb. Kənd sakini 31 yaşlı Novruz Mustafayev və 18 yaşlı Xəlisət Qurbanovanın toy şənliyində bəyin qardaşı Cəlal Mustafayev ov tüfəngindən havaya atəş açıb. Ətrafa yayılan qırmalar bəy və gəlinin xəsarət alamasına səbəb olub. Yaralılar təcili olaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə