Şəmkirdə dəhşətli yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəmkir-Gədəbəy yolunun kənarında sərnişin avtobusu aşıb. Gədəbəy rayon sakini 1985-ci il təvəllüdlü Ramin Qasımova məxsus 10 RN 673 dövlət nömrə nişanlı "Mercedes" markalı avtobus təxminən 100 metrdən artıq məsafəsi olan dərəyə yuvarlanıb. Nəticədə adıçəkilən sürücü və avtomobildə olan digər sərnişin 1937-ci il təvəllüdlü Həsənova Zərnişan xəsarət alıb. Şəxslər dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan SİA-ya bildirilib ki, qadının vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, qəzaya səbəb sürücünün içkili vəziyyətdə olmasıdır. Çünki qəzadan öncə hər iki şəxs Gədəbəy rayonunda toyda olub. Ancaq hələlik hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək mümkün deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB