Gəncə şəhərində ölümlə nəticələnən yol nəqdliyyat hadisəsi baş verib
Qəza dünən saat 15 radələrində Gəncə-Bakı magistral yolunun 1-ci km-də qeydə alınıb. 1977-ci il təvəllüdlü Goranboy rayon sakini Abbasov Asim Akif oğlu özünə məxsus "VAZ 11 83" markalı 22 BE 502 dövlət nömrə nişanlı avtomobilində ölü tapılıb. Sürücü baş nahiyyəsinə dəyən dəmir parçasından həyatını itirib.
Hadisə yerinə gələn Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqlərinin apardığı araşdırmanın nəticələri göstərib ki, hadisə qarşı tərəfdən gələn "VAZ 21 07" markalı 10 SV 987 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün ehtiyatsızlığından baş verib. Belə ki, qarşıdan gələn avtomobil dəmir parçasının üzərindən keçdiyi zaman dəmir qırıntısı Abbasov Asim Akif oğlunun avtomobilinin şüşəsini deşərək baş nahiyyəsinə dəyib və onun həyatına son qoyub.
Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən, artıq "VAZ 21 07" markalı avtomobilin sürücü saxlanılıb. Faktla bağlı Azərbaycan respublikası Cinayət Məcələsinin 263.2 (avtomobili ehtiyatsız idarə etmə) maddəsi ilə cinayyət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB