Tovuzda maşın  piyadanı vurdu

Tovuz rayonunun Düz Qırıxlı kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, rayon sakini Şəhli Quliyev idarə etdiyi avtomaşınla Köhnə Qala kənd sakini Etibar Abdullayevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə