Sabirabadda yol qəzası baş verib

Ötən axşam Sabirabad ərazisində 21:30 radələrində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Sabirabad rayonun Şıxsalahlı kəndi ərazisində sürücü 1986-cı il təvəllüdlü Baxışov Sahib Şəmsəddin oğlu "Volqa" markalı 18 BA 483 nömrəli avtomabillə sürücü 1978-ci il təvəllüdlü Səfərov Zaur Güloğlan oğlunun idarə etdiyi VAZ 2106 markalı 44 BX 963 nömrəli maşın toqquşub.

Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdirilib. Həkim Tofiq Hüseynovun verdiyi məlumata görə, hadisə nəticəsində Jiqulinin sürücüsü Sabirabad rayonun Güdəcühür kənd sakini Zaur Səfərov sağ bazu sümüyün sınığı, döş qəfəsinin küt travması və sərnişin Sabirabad rayonun Axtaçı kənd sakini 1959-cu il təvəllüdlü Cəlilov Rəfayıl Əliabbas oğlu təpənin geniş kəsilmiş yarası digər avtomabilin sürücüsü Axtaçı kənd sakini Sahib Baxışov isə müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya müraciət edib və müalicə davam edir.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə