Latviyanın mərkəzi hissəsində yerləşən Malpil vilayətinin Upmale kəndində, yaşayış evlərindən birində uçqun olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 37 nəfərin yaşadığı üçmərtəbəli tikilinin uçması nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal yanğınsöndürən və xilasedicilər cəlb olunub.
İlkin ehtimala görə, uçquna qaz sızması nəticəsində baş vermiş partlayış səbəb olub. Qəza ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB