Rusiyada 5 azyaşlı uşaq yanaraq ölüb

Rusiyada 5 azyaşlı uşaq yanaraq ölüb

Rusiyanın Krasnoyar vilayətində insan tələfatı ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. SİA-nın "İTAR-TASS" a istinadən verdiyi xəbərə görə, yanğın Nijneinqaş rayonunun Nijnaya Poyma kəndində, ümumi sahəsi, 180 kv.m olan fərdi evdə baş verib.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən 9 nəfərin cəsədi aşkarlanıb. Onlar 5-in azyaşlı olduğu qeyd edilir. Yanğınla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə