Şirvanda 2 piyadanı maşın vurub - FOTO

Şirvanda 2 piyadanı maşın vurub - FOTO

Şirvan şəhərində bir gecədə 2 piyadanı maşın vurub. SİA-nın Aran bürosunun məlumatına görə, ötən gecə saat 20:30 radələrində şəhərin Heydər Əliyev prospektində, poli söbəsinin qarşısında sürücü 1945-ci il təvəllüdlü Qasımov Əlifağa Əlif oğlu idarə etdiyi "VAZ 2106" markalı 18 BF 056 nömrəli avtomobillə Şirvan sakini 1957-ci il təvəllüdlü piyada Ağayeva Heyvagül Qaraxan qızını vurub. Xəsarət alan piyada Şirvan şəhər mərkəzi xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Bu hadisədən 1 saat keçməmiş Şirvan şəhərinin 1 May küçəsində sürücü 1984-cü il təvəllüdlü Səlimov Zamin Dadaş oğlu idarə etdiyi "VAZ 2107" markalı 10 NK 856 nömrəli avtomaşınla 1998-ci il təvəllüdlü Nağıyeva Ramilə Namiq qızını vurub. Yaralı Şırvan xəstəxanasının travmotolgiya şöbəsinə yerləşdirilib. Həkim travmotoloq Tofiq Hüseynovun dediyinə görə, birinci maşın vuran Ağayeva Heyvagül yüngül bədən xəsarəti alıb. Xəsarət alan digər piyada Nağıyeva Ramiləyə isə sol qolun mil sümiyinin tipik sınığı diaqnozu qoyulub və müalicə davam etdirilir. Hər 2 fakt üzrə Şirvan polis şöbəsinin istintaq bölməsində müstəntiqi Kənan Zeynalov tərəfindən araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə