Qubada öıüm hadisəsi

Ötən gecə saat 24:00 radələrində Bakı-Quba Rusiya sərhədi yolunun 143 km də Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yolun sağ hərəkət hissəsində lüt kişi meyidi tapilib. SİA-nın Şimal börosunun verdiyi xəbərə görə, hadisə yerinə baş dövlət yol polisinin istintaq və təhqiqat şöbəsinin əməkdaşlari gəlib.

Həmin şöbənin müstəntiqi Arzu Əliyevin verdiyi məlumata görə, meyidin kimliyi dərhal müəyyənləşdirib. Onun sözlərinə görə, bu rayonun İsnovqışlaq kənd sakini 39 yaşlı Eynulla Saleh oğlu Nemətovdur. Arzu Əliyevin sözlərinə görə bu hadisə yol nəqliyyat hadisəsindən çox qətl hadisəsinə oxşayır. Belə ki meyidin üzərində ürək və kürək nahiyələrində çox saylı kəsici və deşici yaralar müəyyən edilib. Yaxınlıqda olan sakinlər hadisənin baş verməsini belə xarakterisə edir.

Məlumat üçün bildirək ki, mərhum Eynulla Nemətov əvvəllər qəsdən adam öldürmə səbəbi ilə həbsdə olan kriminal aləmdə düşmənli şəxs kimi tanınır. 3 üşaq atası olan Eynulla Nemətovun meyidi Quba morqunda saxlanılır, həmçinin meyidə tibbi ekspert və rayon prokrorluğu ilə birgə baxış keçiriləcək.

Faktın qətl olması təsdiqlənərsə baş dövlət yol polisi istintaqı rayon prokrorluguna verəcək. Hadisə yerində soyuq silah tapıldığı üçün qətilin xəncər və ya bıçaqla törədilməsi ehtimal olunur.


Emin, QUBA

Bütün xəbərlər Facebook səhifəmizdə