Oktyabrın 13-nə keçən gecə Qaraçuxur qəsəbə sakini Rəhim Nəsibov və Cəlil Cəlilova məxsus həmin qəsəbədə yerləşən mağazalardan qapını sındırmaqla pul, mobil telefon, danışıq kartları və ərzaq məhsulları oğurlanıb, Əmirşah Bərxudara məxsus mağazadan isə oğurluğa cəhd olub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Valeh İbrahimov və Əmrah Cəfərov tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB