Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Lənkəran sakini, 28 yaşlı Elman Nəzər oğlu Hüseynov Zabrat qəsəbə sakini Həmid Niftiyevi çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən E. Hüseynov saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB