Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan mənzildə yanğınla davam edən partlayış hadisəsi baş verib. Nəticədə, mənzilin yanar konstruksiyaları və əşyaları yanıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyyə edilmiş, digər mənzillər yanğından mühafizə olunub, həmçinin, xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülb. Yanğın saat 06:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi, 1953-cü il təvəllüdlü Qasımov Novruz Siyavuş oğlunun meyidi tapılıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olubr. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB