Türkiyənin Antalya bölgəsində güclü küləklə müşayiət olunan leysan xarakterli yağış subasmaya səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tikililərin zirzəmiləri və 1-ci mərtəbələri yağış suları ilə dolub, bir neçə piyada körpüsü dağıntıya məruz qalıb, rabitə xətləri sıradan çıxıb. Həmçinin, bəzi ərazilərin ətraf mühitdən təcrid olunduğu qeyd edilir.
Üç nəfər itkin düşmüş hesab edilir. Təhlükəsizlik tədbirləri çərçivəsində Antalya beynəlxalq hava limanında 60-dan artıq aviareys təxirə salınıb, tədris ocaqlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Güclü külək və yağışlı hava şəraitinin həftənin sonunadək davam edəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB