Ağır yol-nəqliyyat qəzasında 27 nəfər ölüb

Ağır yol-nəqliyyat qəzasında 27 nəfər ölüb

Bu gün Çinin mərkəzində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bildirilir ki Henan əyalətində 24 nəqliyyat vasitəsinin toqquşması, 10 nəfərin ölümünə səbəb olub. Həmçinin, çoxlu sayda insanın yaralandığı bildirilir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər və xilasedicilər tərəfindən ərazidə zəruri təbdirlər görülüb, qəza nəticəsində yaranmış tıxac aradan götürülüb. Hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir.

Həmin gün Hindistanın şərqində, Orissa ştatında da çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İçərisində 40 nəfərin olduğu yük avtomobilinin aşması 17 nəfərin ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olub. Ölənlərin sayının artacağı istisna olunmur. İlkin ehtimala görə, qəzaya nəqliyyat vasitəsinin həddən artıq yüklənməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə