Kanadanın cənubunda, neft emalı zavodunda yanğınla nəticələnən partlayış olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Saskaçevan əyalətinin Redjayna şəhərində fəaliyyət göstərən \"CCRL Refinery Complex\" müəssisəsində qeydə alınıb.
Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovla mübarizə aparır. İlkin ehtimala görə, partlayışa texniki nasazlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB