Ağcabədidə ailə faciəsi

Ağcabədi rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,oktyabrn 5-də saat 19.00 radələrində Aran-Bəhramtəpə yolunun 92-ci km-də Ağcabədi rayon sakini, 42 yaşlı Həsənov Ramiz Cəlal oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 04-BB-746 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayon sakini, 56 yaşlı Mustafayev Fazil Cəlal oğlunun sürdüyü "VAZ 2121" markalı, 20-BL-395 nömrəli avtomobil toqquşub.


Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sərnişinləri, Ağcabədi rayon sakinləri, Həsənova Tamella İmamqulu qızı və 6 yaşlı nəvəsi Həsənov Şəfa Ramiz oğlu hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.



İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə