Gəncə polisi sərbəst yaşamaq istəyi ilə evdən qaçan azyaşlı qızı tapıb. 2011-ci ilin aprelində bu niyyətlə yaşadığı ünvanı gizli tərk edən azyaşlı Ənnağıyeva Nuray Sahib qızı 6 ay sonra tapılıb. Bu müddət ərzində qızın anası Tacirə Ənnağıyeva hüquq-mühafizə orqanlarına təxminən 50-dən artıq şikayət ərizəsi yazıb.
Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Anar Əkbərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, dindirilmə zamanı Nuray Ənnağıyeva ifadəsində artıq asudə yaşamaq və istədiyini etmək məqsədi ilə ailəsindən uzaqlaşdığını deyib. Saxlanılan şəxs 1995-ci ildə Gəncə şəhərində anadan olub. Kəlbəcər rayonundan olan məcburi köçkün uşaqları üçün nəzərdə tutulan 9 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Azyaşlının etdiyi hərəkət sayca 3-dür. Nuray Ənnağıyeva əvvəllər də 2 dəfə evdən qaçıb və hər ikisində hüquq-mühafizə orqanı əməkdaşları onun yerini təsbit edə biliblər. Gəncə şəhər Baş Polis İdarəsində Nuray Ənnağıyevanın sonuncu dəfə Bakı şəhərindən tapılması əsas götürülərək yeniyetmə qızın 6 ay müddətində kimlərlə əlaqədə olduğu araşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB