Sərnişin qatarında yanğın olub

Sərnişin qatarında yanğın olub

Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki rayonu, Cəfərabad kəndində (rayon mərkəzindən 30 km aralı) qeydə alınıb. Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarının teplovozunda 1 mühərrikin yanar hissələri yanıb. Teplovozun qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə