Xəstəxanada yanğın olub

Azərbaycanın balakən rayonunda xəstəxanalardan birində yanğın olub. Bu barədə SİA-ya Balakən Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib.


Yanğın Balakən rayonu Qabaqçöl qəsəbəsindəki xəstəxananın 450 kvadratmetr sahəsi olan yardımçı tikintisində baş verib. Hadisə yerinə Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilərək yanğının qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yardımçı tikilinin tam yanmasının və yanğının xəstəxana binasına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yardımçı tikilinin 90 kvadratmetr dam örtüyü və 4 otaqdan ibarət 40 kvadratmetrlik sahəsi yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.





Bütün xəbərlər Facebook səhifəmizdə