Gədəbəy şəhərində, üçmərtəbəli yaşayış binasında partlayış baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində Gədəbəy rayon Qaz İstismar İdarəsinin işçiləri tərəfindən qaz sayğacı quraşdırılarkən partlayış baş verib. Yanğın hadisəsi olmayıb.
İlkin məlumata görə, hadisə zamanı həmin ərazidə olan Qaz İstismar İdarəsinin 5 əməkdaşı və 2 nəfər sakin yanıq xəsarətləri alıb. Həmçinin, binanın həmin giriş hissəsinin və bəzi mənzillərin pəncərə şüşələri qırılıb. Yaralılar xəstəxanaya aparılıblar. Hazırda hadisə yerində aidiyyəti qurumların mütəxəssisləri tərəfindən müvafiq iş aparılır. Partlayışın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB