Xəsarət alanların adları açıqlandı-YENİLƏNİB

Xəsarət alanların adları açıqlandı-YENİLƏNİB

Qubada baş verən dəhşətli yol qəzasında xəsarət alanların adları açıqlandı. Quba Mərkəzi Rayon Xəstəxanasından SİA-ya verilən məlumata görə, vəziyyəti ağır olaraq xəstəxananın cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilənlər Quba rayon sakinləri - Telman Həsənov, Çingiz Məmmədov, Samiq Seyidov, Firuzə Məmmədova və Elsəvər Hüseynovdur.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu gün saat 12:00 radələrində Bakı-Quba yolunun 160-cı kilometrliyində baş verib. Qəza baş verən zaman avtobusda 28, "Mercedes"-də isə 3 nəfər sərnişin olub. Şabran rayonu istiqamətində hərəkət edən, Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Aydın Məmmədovun idarə etdiyi 90 JM 385 dövlət nömrə nişanlı, "Temsa" markalı sərnişin avtobusu əks tərəfdən gələn, Quba rayonunun İsnovqışlaq kənd sakini, 23 yaşlı Elsevər Hüseynovun idarə etdiyi 10 XS 251 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" 4 metr hündürlükdən dərəyə aşıb, avtobus isə aşaraq yolda 15 metrədək sürüşüb. Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə