Ölkə yolları daha bir can aldı

Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə ötən gün axşam saatlarında yolun 209-cu kilometrliyində, rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Baxşəliyev Azər Tahir oğlunun idarə etdiyi 10 SP 067 dövlət nişanlı, "VAZ 2107" markalı maşın qarşı tərəfdən gələn, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Bağırov İlqar Murad oğlunun idarə etdiyi, "Berkel" MMC-yə məxsus 90 AL 924 dövlət nömrə nişanlı, "VAZ 21214" (NİVA) maşını ilə toqquşub.


Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü ölüb, digər sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


İlahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə