Bu gün Hacıqabulda yanğın hadisəsi baş verib. Şəhid anası evində yanaraq külə dönüb.
SİA-nın Aran bürosunun məlumatına əsasən dəhşətli yanğın hadisəsi Hacıqabul rayonun Nəvahi stansiyasında baş verib. Belə ki, Hacıqabulun Nəvahi stansiyasında şəhid Rauf Qəmbərovun anası, 1937-ci il təvəllüdlü Qəmbərova Susananın yaşadığı həyət evində qəflətən yanğın hadisəsi baş verib. Səsə yaxınlıqda yaşayan qonşuları da gəlib.
Yanan evdən Susana Qəmbərovanı çıxarmaq istəyəndə oğlanları 1955-ci il təvəllüdlü Musayev Musa Paşa oğlu və 1979-cu il təvəllüdlü Qəmbərov Nahid Paşa oğlu xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər. Alovun getdikcə artması şəhid anasını xilas edilməsinə imkan verməyib. Hadisə yerinə gələn Hacıqabul rayon Yanğından Mühafizə İdarəsinin (YMİ) əməkdaşları yanıb külə dönən Susana Qəmbərovanın cəsədini evdən çıxara biliblər. YMİ-nin rəis müavini Hüseynağa Məmmədovun verdiyi məlumata görə, yanğın səhər saat 11:00 radələrində elektirik cərəyanında qısa qapanma səbəbindən baş verib. 100 kvadratmetr ərazisi olan mənzil tamamilə yanıb. Mənzildən heç bir əşyanın çıxarılması mümkün olmayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB