Bu gecə Abşeron rayon Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Maştağa qəsəbə sakini 26 yaşlı Həsənov Vüqar Xanbəy oğlu və 27 yaşlı Kərimov Afiləddin İbrahim oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıblar. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Xəsarətləri ağır olsa da həkimlərin müdaxiləsindən sonra yaralıların həyatını xilas etmək mümkün olub.
Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırmalara başlayıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, hadisəni yaralıların yaxın qohumu Qobustan rayon sakini Müşfiq Qayıbov törədib. Hadisənin hansı zəmində və nə səbəbdən baş verməsi isə hələlik məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB