Samux rayonunda dəhşətli ölüm hadisəsi baş verib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Kolayır kənd sakini 57 yaşlı Bəhram Abbasov baldızı 53 yaşlı Sona Məmmədovanı baltalayıb.
Qadın aldığı xəsarətdən yerindəcə keçinib, qətli törədən şəxs isə həbs edilib. İlkin dindirilmə zamanı məlum olub ki, yeznə baldızını qətlə yetirərkən sərxoş vəziyyətdə olub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB