Bir aylıq körpə dava edən valideynlərinin ayağı altında qalaraq ölüb

Bir aylıq körpə dava edən valideynlərinin ayağı altında qalaraq ölüb

Azərbaycanda İmişli rayonunda bir aylıq körpə dava edən valideynlərinin ayağı altında qalaraq ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 24-də İmişli şəhər sakini Neman Qəmbərov qeyri-rəsmi nikah münasibətlərində olduğu Sevinc Ələsgərovanın evinə sərxoş halda gələrək onu döyüb. Dava zamanı Sevinc Ələsgərovanın bir aylıq oğlu Xəyal ayaq altında qalıb. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə