Türkiyənin Siirt şəhərində bir qrup PKK-lı Polis Akademiyasının yaxınlığında polis avtomobili zənn etdikləri maşına raket və iri çaplı silahlarla hücum təşkil edib.
SİA-nın \"cnntürk\"ə istinadən verdiyi xəbərə görə, şəhər mərkəzindəki Polis Akademiyasının yaxınlığında tələ quran bir qrup PKK-lı saat 20.30 radələrində polislərə aid olduğunu zənn etdikləri bir avtomobilə silahlı hücum ediblər.
Qəssablar Dərəsi adlanan ərazidə gizlənən terroristlər Polis Akademiyası istiqamətinə gedən avtomobili əvvəlcə iri çaplı silahlarla atəşə tutublar. Daha sonra raketlərlə hücum təşkil olunub.
Hücum zamanı avtomobildə olan 4 qadın ölüb, 2 qadın isə ağır yaralanıb. Akademiyada xidməti vəzifələrini yerinə yetirən polislər hadisəyə müdaxilə edərək terrorçuları qaçmağa məcbur ediblər.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri göndərilib.
Qaranlıqdan istifadə edən terrorçular qaçmağa cəhd ediblər. Terrorçuları təqib edən güc qüvvələri 1 PKK-lını ölü olaraq ələ keçiriblər. Qaçan terrorçuları zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyat davam etdirilir. Şəhərdə ciddi təhlükəsizlik tədbirləri alınıb, giriş və çıxışlarda tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB