Qadının boyunbağısını oğurlayan Gürcüstan vətəndaşı tutulub

Qadının boyunbağısını oğurlayan Gürcüstan vətəndaşı tutulub

Gürcüstan vətəndaşı Bakıda oğurluq edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sentyabrın 19-də Sabunçu rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Yevgeniya Abdullayevaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan alıb.

Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Georgi Didebaşvili tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə